Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda ”Şuşa ətrin duyulur” adlı tamaşa nümayiş olundu

05.11.2022

Noyabrın 5-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Masallı, Cəlilabad Xalq Teatrlarının aktyorları, Masallı Dövlət Regional Kollecinin tələbələri, Masallı rayon Gənclər və İdman İdarəsinin tabeliyində fəaliyyət göstərən peşəkar idmançıların təqdimatında “Şuşa ətrin duyulur” adlı tamaşa nümayiş olunub.

Tamaşanın nümayişində rayon rəsmiləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, ictimaiyyət və media nümayəndələri iştirak edib.

8 noyabr – Zəfər Günü ilə əlaqədar  “Biz birlikdə güclüyük” İctimai Birliyinin dəstəyi ilə səhnəyə qoyulan tamaşadan öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, jurnalist-publisist Cəfər Cəfərovun eyniadlı pyesi əsasında səhnələşdirilən tamaşada Pənahəli xan, Xurşidbanu Natəvan kimi tarixi şəxsiyyətlərlə yanaşı 44 günlük Vətən Müharibəsi dönəmində Şuşa şəhərini işğaldan azad edərkən şəhid olan Vətən Müharibəsi Qəhrəmanları – Ramiz Cəfərov, İntiqam Əsgərli, “Azbaycan bayrağı” ordenli Sahib Şirəliyev, “Rəşadət” ordenli Rəfail Hüseynovun obrazları canlandırılıb.

Bu il ikinci dəfə səhnəyə qoyulan tamaşanın quruluşu Masallı Xalq Tetarının rejissoru Cəmaləddin Əliyevə, səhnə tərtibatı Elsevər Əliyevə, musiqi tərtibatı isə Ruslan Zahidova məxsusdur.

Yekunda bir qrup şəxs tamaşanın hazırlanmasında fəallıq göstərdiklərinə görə “Fəxri Fərman” və Təşəkkürnamə”lərlə təltif edilib.