Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın qalib gəncləri

04.11.2022

Noyabrın 4-də Masallı rayon Heydər Əliyev ​ Mərkəzində “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş “Azərbaycanın qalib gəncləri” mövzusunda dəyirmi masa keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin, Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Qazilər, mədəniyyət işçiləri, müəllimlər və gənclər iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov açaraq iştrakçıları “Zəfər günü” münasibəti ilə təbrik edib. Xalqımızın bir yumruq kimi Prezident, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşməsindən, ölkə Prezidentinin müharibə dönəmində, qələbənin qazanılmasında göstərdiyi inanılmaz qətiyyətindən danışan S. Cahangirov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın 44 günlük müharibədəki şücaətlərini xüsusilə vurğulayaraq şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

​Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.

Daha sonra I və II Qarabağ Müharibəsi iştirakçısı ehtiyyatda olan zabit-kapitan ​ Cəmaləddin Məmmədov, Vətən Müharibəsi iştrakçısı ehtiyyatda olan zabit​-leytenat Həmid Mənsimov, qazi Ceyhun Qurbanov gəncləri salamlayaraq hər il 8 Noyabr tarixinin “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən və keçdikləri şərəfli döyüş yolundan ​söhbət açıblar.

Diskussiya şəklində keçən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Yekunda tədbirdə iştirak edən qazilərə Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən “Təşəkkürnamə”lər təqdim edilib və xatirə şəkli çəkilib.