Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nə? Harada? Nə zaman?

01.11.2022

Noyabrın 1-də Masallı rayon Heydər Əliyev Mərkəzində “Şuşa ili”nə və “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş “Şuşa-Qafqazın sənət mədəbədi” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual bilik yarışı keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə baş tutan yarışda kollecin tələbələrindən ibarət hər komandanın tərkibində 6 nəfər olmaqla ümumilkdə 6 komanda iştirak edib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadənin moderatorluğu ilə keçirilən yarışda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, mədəniyyətimizin paytaxtı Şuşa şəhəri, hərb tariximiz, döyüş sənəti, məntiq, həmçinin qəhrəmanlarımızla bağlı müxtəlif sahələri əhatə edən suallar səsləndirilib. İştirakçıların cavabları yarışda münsiflər kimi iştirak edən Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Masallı Dövlət Regional Kollecinin tərbiyə üzrə direktor müavini Dilarə Hüseynova və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva tərəfindən qiymətləndirilib.

Nəticələrə əsasən “Zirvə” komandası qalib olub. Yekunda bütün komandalara yarışda fəal iştiraklarına görə “Təşəkkürnamə”lər təqdim olunub. Qalib komanda isə “Fəxri Fərman”la təltif edilib.