Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətənin ölməz oğulları

28.10.2022

Oktyabrın 28-də  Masallı Tarix -Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tədbirdə Vətən Müharibəsi Veteranlar İctimai birliyin Masallı Rayon şöbəsinin(VMVİB) sədr müavini Samir Əkbərov, şəhid ailələri, mədəniyyət işçiləri və “ASAN xidmət” mərkəzinin könüllüləri iştirak edib.

Əvvəlcə Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva keçirilən layihənin əhəmiyyətindən danışıb. Sonra muzeyin əməkdaşı Sevinc Əliyeva oktyabr ayında doğulan, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlər haqqında geniş məlumat verərək, onların valideynlərinə dərin ehtiramını ifadə edib.

Tədbirdə çıxış edən “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin nümayəndəsi Fidan Abbaslı, Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Təhmasib Məcidov 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında  xalqımızın minlərlə qəhrəman övladının canı-qanı sayəsində əldə edilməsindən ətraflı danışıblar. Həmçinin natiqlər qeyd ediblər ki, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində xalqımıza ucalıq bəxş edən oğullar, onların ailələri və övladlarına daima dövlətin qayğısı göstərilir.

Sonra  şəhid atası Famil Məmmədov və Turac Quliyev övladları haqqında danışaraq, oğulları ilə qürur duyduqlarını söyləyərək, qazi və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətə, bu işi icra edən şəxslərə şəhid ailələri adından minnətdarlıqlarını  bildiriblər.

Yekunda tədbirdə iştirak edən, oktyabr ayında doğulan şəhid ailələrinə layihə təşkilatçıları “Təşəkkürnamə” lər təqdim olunub, xatirə şəkilləri çəkilib.