Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər tariximizə səyahət

27.10.2022

Oktyabrın 27-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Vətən Müharibəsinin ikinci il dönümünə həsr olunmuş "Zəfər tariximizə səyahət" adlı tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon Anzov kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə 44 günlük Vətən müharibəsi haqqında iştirakçılara geniş məlumat verib. Sonra məktəbin direktoru vəzifəsini icra edən Malik Balaşov çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirib və təşkilatçılığa görə mərkəzin əməkdaşlarına minnətdarlığını ifadə edib.

Yekunda məktəblilərə mərkəzdə təşkil olunan sərgilər, o cümlədən ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlar barədə məlumat verilib.