Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Savaşda Nail

26.10.2022

Oktyabrın 26-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Şuşa fatehləri" layihəsi çərçivəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan, Vətən müharibəsi qəhrəmanı Nail İbrahimliyə həsr olunmuş "Savaşda Nail" adlı tədbir keçirilib.

Tədbirdə Hamarkənd kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Vətən müharibəsi və o cümlədən Nail İbrahimlinin həyatı, keçdiyi şərəfli döyüş yolu haqqında geniş məlumat təqdim edib.

Tədbirdə məktəbin müəllimi, Vətən müharibəsi iştirakçısı Asif Məmişov mövzu ilə bağlı fikirlərini qeyd edərək belə tədbirlərin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.

"Savaşda Nail" adlı sənədli filmi izlənildikdən sonra mərkəzdə təşkil olunan sərgilərə, həmçinin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilərək tədbirə yekun vurulub.