Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müstəqil və qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyevin əsəridir

25.10.2022

Oktyabrın 25-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyev irsinin təbliği məqsədilə "Müstəqil və qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyevin əsəridir" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, Kürəkçi kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib. Daha sonra Ayaz Əliyev ulu öndərin həyat və fəaliyyəti barədə geniş məruzə edib.

Yekunda mərkəzdə təşkil olunan sərgilər ilə tanışlıq olub.