Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümummilli lider Heydər Əliyev irsinin təbliği gələcəyə işıqdır

25.10.2022

Ulu öndərin zəngin irsinin öyrənilməsi məqsədi ilə Oktyabrın 25-də Masallı rayon Heydər Əliyev Mərkəzində Kəlbəhüseynli kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə açıq tarix dərsi keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tarix dərsində şagirdlərə ümummilli lider Heydər Əliyevin ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılıb.

Tədris prosesində şagirdlər, həmçinin Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda milli neft strategiyasının əsasının qoyulması, “Əsrin müqaviləsi”nin imzalanması, aqrar sahədə islahatların həyata keçirilməsi və digər məsələlər barədə də ətraflı məlumatlar əldə ediblər.