Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nazillidən (Aydın) Masallıya könül körpüsü

04.08.2018

Avqust ayının 4-də Masallı şəhər Heydər Əliyev parkında Regional Hüquqi və İqtisadi Maarifləndirmə ictimai birliyinin təşkilatçılığı ilə “Nazillidən Masallıya  könül körpüsü” adlı möhtəşəm konsert keçirildi.

      Regional Hüquqi və İqtisadi Maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova giriş sözü ilə tədbiri açıq elan etdi.

      Masallı RİH-nin başçısı Rafil Hüseynov, Millət vəkili Qənirə Paşayeva çıxışlarında qonaqları salamlayaraq bu qardaşlıq konsertinin xalqımız və ictimaiyyətimiz üçün dəyərindən bəhs etdilər.

     Qardaş ölkə Türkiyədən gəlmiş folkor qrupu ilə bərabər paytaxt Bakıdan dəvət olunan müğənnilər-İlham Əsgəroğlu, Mütəllim Dəmirov, Masallının məşhur  “Halay” folklor rəqs qrupu,  Masallı rayon Uşaq İncəsənət məktəbinin rəqs qrupu, Masallı Rayon Mədəniyyət  Mərkəzinin solistləri Miriş Hüseynov, Atamoğlan Zahidov və başqaları öz çıxışları ilə tamaşaçılarda yüksək əhval ruhiyyə yaratdılar.