Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev irsi - Azərbaycanın milli sərvəti

19.10.2022

Oktyabrın 19-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyev irsinin təbliği məqsədilə "Heydər Əliyev irsi - Azərbaycanın milli sərvəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon Çayüzü kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə dahi şəxsiyyətin zamana və məkana sığmayan, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən ətraflı bəhs edib.

Daha sonra tədbir iştirakçıları Mərkəzdə təşkil olunan sərgilərlə və o cümlədən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspkonatlarla tanış olublar.

Yekunda "Dahi şəxsiyyət" sənədli filmi izlənilib.