Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 Oktyabr - Müstəqilliyin Bərpası Gününüdür

18.10.2022

Oktyabrın 18-də Masallı rayon Heydər Əliyev Mərkəzində 18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə tarix boyu müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva, Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbin direktor müavini, tarix müəllimi İradə İmanbəyli çıxış edərək Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, 1991-ci il oktyabrın 18-də "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunması prosesinin tarixi əhəmiyyətindən danışıb, həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, şərəfli yoldan söz açıblar.