Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və Azərbaycan

14.10.2022

Oktyabrın 14-də Masallı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan” mövzusunda açıq tarix dərsi keçirilib.

Tarix dərsində Miyankü kənd tam orta məktəbinin şagirdləri iştirak edib.

Mərkəzin direktoru Dilbər İbayeva mövzu ilə bağlı çıxış edərək ümummilli lider Heydər  Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsindəki misilsiz  xidmətlərindən, respublikaya rəhbərlik etdiyi dövrlərdə milli ideologiyaya, xalqın mənəvi  dəyərlərinə çox böyük önəm verməsindən danışıb. Həmçinin müstəqil  Azərbaycan Respublikasında bütöv bir epoxanın Heydər Əliyevin adı ilə bağlı olduğu, xalqın tarixi ənənələrinin, mənəvi və mədəni irsinin qorunması sahəsindəki siyasi kursun bu gün ölkə başçısı cənab Prezident İlham Əliyev  tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Yekunda ümummilli lider Heydər Əliyev irsini əks etdirən eksponatlara baxış keçirilib.