Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şanlı tarixin növbəti səhifəsi

17.10.2022

Oktyabrın 17-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Füzuli rayonunun işğaldan azad olunmasının ikinci il dönümünə həsr olunmuş "Şanlı tarixin növbəti səhifəsi" mövzusunda tədbir keçirilib.


Tədbirdə Arus və Əsədabad kənd orta məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.


Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Füzulinin işğal tarixi və işğaldan azad olunması ilə bağlı iştirakçılara geniş məlumat verib. Z.Məmmədzadə həmçinin 44 günlük Vətən savaşında Azərbaycan əsgərinin göstərdiyi qətiyyəti xüsusilə vurğulayıb.


Yekunda iştirakçılar "Zəfər tariximiz", "Heydər Əliyev dühası", "Şuşa-270"! başlıqlı sərgilər və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.