Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kommunikasiya meneceri layihəsi çərçivəsində Masallıda görüş keçirildi.

13.10.2022

Oktyabrın 13-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində kommunikasiya menecerinin fəaliyyəti ilə əlaqədar yaradılan işçi qrupunun üzvləri və idarənin tabeliyində fəaliyyət göstərən müəssisələr üzrə təyin edilmiş əlaqələndirici şəxslər ilə görüş keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimzin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri Ceyhun Bəşirov Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsi barədə məlumat verib, layihənin nazirliyin sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb. Həmçinin bu layihənin mədəniyyətimizin, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, aparılan islahatlar, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılması, media subyektləri və ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulmasına xidmət etdiyini vurğulayıb.

Sonra sosial media ilə iş prosesində qarşıya çıxan problemlər, onların həlli yolları, həmçinin görüləcək işlər barədə müzakirələr aparılıb.