Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yenilməzliyin təcəssümü

07.10.2022

Oktyabrın 7-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin ikinci il dönümünə həsr olunan "Yenilməzliyin təcəssümü" mövzusunda dəyirmi masa təşkil olunub.


Tədbirdə M.F.Axundov adına Yardımlı şəhər 1 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.


Əvvəlcə ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Sonra tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Azərbaycan dövlətinin qətiyyətinin, əzəmətinin, yenilməzliyinin təcəssümünə çevrilən  44 günlük Vətən müharibəsi və eyni zamanda ulu öndər Heydər Əliyevin müasir Azərbaycan Ordusunun quruculuğundakı rolu haqqqında geniş məlumat verib.

 "Heydər Əliyev dühası", "Zəfər tariximiz" sərgilərinə və ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxış keçirildikdən sonra tədbirə yekun vurulub.