Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda şəhid ailəsi ziyarət edildi.

06.10.2022

Oktyabrın 6-da Cəlilabad rayon Göytəpə şəhər, Qarazəncir, Fərzili, Hacıcavad və Günəşli kənd kitabxana filiallarının əməkdaşları Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun ailəsini ziyarət ediblər.

Əvvəlcə qəhrəmanın ailəsi ilə görüşüb, sovqat çatdıran əməkdaşlar şəhidin atasının vətənpərvərlik haqqında söylədiyi nitqi diqqətlə dinləyib, ailəyə bu cür nümunəvi övlad yetişdirdikləri üçün minnətdarlıqlarını bildiriblər.

Mədəniyyət nümayəndələri sonra ailə ilə birlikdə şəhidin doğulub, yaşadığı evin həyətində inşa olunan ev muzeyi ilə tanış olublar.

Daha sonra  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksi ilə yaxından tanış olan kitabxana işçiləri məktəbin yüksək səviyyəli təhsil sistemi və kitabxanası haqqında rəhbərlik tərəfindən ətraflı mətumatlandırılıblar.

Yekunda şəhidin büstü önünə qərənfillər düzülüb, xatirə fotosu çəkilib.