Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Cıdır düzü” devizi altında Breyn Rinq

05.10.2022

Oktyabrın 5-də Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Masallı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Şuşa ili”nə həsr olunmuş tədbirlər çərçivəsində “Cıdır düzü” devizi altında Breyn Rinq yarışı keçirilib.

Yarışda Masallı və Lənkəran Regional Mədəniyyət İdarələri üzrə ümumilikdə 6 komanda (Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Lerik, Astara) iştirak edib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov açaraq iştirakçıları salamlayıb və komandalara uğurlar arzulayıb.

Maraqlı mübarizələrlə yadda qalan yarışda Yardımlı komandası birinci yerə layiq görülüb. Yarışa Halay Folklor Xalq Kollektivinin üzvlərinin ifasındakı rəqslər rəngarənglik qatıb.

Yekunda qalib komandanın üzvlərinə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Sertifikatlar” təqdim olunub.