Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qələbə tariximiz

05.10.2022

Oktyabrın 5-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Köryədi kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə Vətən Müharibəsinin ikinci il dönümünə həsr olunmuş "Qələbə tariximiz" adlı tədbir keçirilib.


Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə və adı məktəbin müəllimi Firuzə İsmayılova tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın göstərdiyi şücatədən və qələbədən danışıblar.

Sonra tədbir iştirakçıları "Zəfər tariximiz", "Şuşa-270", "Heydər Əliyev dühası" başlıqlı sərgilərlə və ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.