Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəni İrsi Qorumaq Naminə -65 il

01.10.2022

Oktyabrın 1-də Masallı Tarix- Diyarşünaslıq Muzeyində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yaranmasının 65 illiyinə həsr olunmuş ”Mədəni irsi qorumaq naminə-65” mövzusunda seminar- sərgi keçirilib.

Tədbirdə adı çəkilən müəssisənin əməkdaşları və mədəniyyət işçiləri iştirak ediblər.

İlk öncə şəhidlərin və dünyasını dəyişmiş mədəniyyət işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarını salamlayaraq Bərpa Mərkəzinin kollektivini 65 illik yubileyləri münasibətilə təbrik edib. Ə.Tağıyeva 2004-cü ildən bu günə kimi MSXƏEBM tərəfindən muzey fondundan olan bərpa olunmuş eksponatlar haqqında geniş məlumat verib.

Sonra MSXƏEBM-nin baş mühafizi Pakizə Almazova mərkəzin yaranma tarixi haqqında məruzə edib.

Bərpa mərkəzinin elmi işlər üzrə direktor müavini İranə İbrahimova isə 20 il ərzində Masallı Tarix-Diyarşünaslıq Muzeyinin fondunda olan eksponatların bərpası və onların birgə işlərindən danışıb.Hər iki natiqin çıxışları mövzularla bağlı sənədli film və slaydlarla izlənilib.

Daha sonra Bərpa Mərkəzinin direktoru , Əməkdar Mədəniyyət işçisi Zərifə Məlikova 1957-ci ildən bərpaçı rəssam Fərhad Hacıyev tərəfindən əsası qoyulan bu nəcib işlə məşğul olan mərkəzin başlıca vəzifəsi mədəni irsin qorunması olmasından söhbət açıb. Hər bir əməkdaşın öz işinə məsuliyyət və sevgi ilə yanaşmasını xüsusi vurğuluyan Zərifə xanım, öz əməkdaşları ilə fəxr etdiyini söyləyib. Z. Məlikova MSXƏEBM adından Ə. Tağıyevaya fəxri fərman təqdim edib.

Yekunda qonaqlar muzeydə MSXƏEBM-nin 65 illik yubileyinə həsr olunan “Tarix yaşadan eksponatlar” adlı sərgiyə baxış keçirərək xatirə şəkilləri çəkdiriblər.