Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gender bərabərliyinin təmin edilməsində ictimaiyyətin məlumatlandırılması

24.09.2022

Sentyabrın 24-də  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzi, Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və Cəlilabad rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Gender bərabərliyinin təmin edilməsində ictimaiyyətin məlumatlandırılması mövzusunda maarifləndirci tədbir keçirilib.

Tədbirdə idarə, müəssisə əməkdaşları və fəal gənclər iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov “Gender bərabərliyinin təmin edilməsi, ayrı-seçkiliyin bütün formalarınının aradan qaldırılması, gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətləri” mövzusunda, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova “Gender bərabərliyinin təmin edilməsində dövlətin vəzifələri və bərabər imkanlar” mövzularında çıxış ediblər.

Z.İsmayılov daha sonra insan hüquqları və gender əsaslı zorakılıqla mübarizə  sahəsində Ombudsman təsisatının fəaliyyəti, habelə ölkəmizdə müvafiq sahədə qəbul edilmiş qanunvericilik aktları və həyata keçirilmiş institusional islahatlar barədə də geniş məlumat verib. Çıxışlardan sonra tədbir müzakirələrlə davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Təşkilatçılar və iştirakçılar gender bərabərliyinin təmin edilməsi ilə əlaqədar maarifləndirmə tədbirlərinin rayon mərkəzindən uzaqda yeləşən kəndlərimizdə keçirilməsinin zəruri olmasını vurğulayıblar.