Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq Teatrlarının IV Zona Müşavirəsi

22.09.2022

Sentyabrın 22-də Masallı rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları tərəfindən “Xalq Teatrlarının IV Zona Müşavirəsi” keçirilib.

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsi ilə yanaşı Lənkəran, Sabirabad və Biləsuvar Regional Mədəniyyət İdarələrinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin nəzdində yaradılmış xalq teratrlarının əməkdaşları iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirəni Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və tədbir barədə ümumi məlumat verib.

Sonra Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Samirə Həsənzadə, Elmi katib Cavid Əliyev çıxış edərək Xalq Tetarlarının fəaliyyətindən, mövcud problemlərdən və yeni əsasnamədə nəzərdə tutulacaq məsələlərdən danışıblar.

Tədbir iştiakçılar tərəfindən verilən təkliflər və qarşıda duran vəzifələrin müzakirəsi ilə davam edib.