Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 sentyabr-Milli Musiqi Günündə Azərbaycan Ordusuna dəstək

18.09.2022

Mədəniyyət Nazirliyinin təşəbbüsü əsasında 18 sentyabr-Milli Musiqi Günündə Azərbaycan Ordusuna dəstək məqsədilə saat 12:00-da Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə kollketivlərin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

İdarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri sözügedən layihədə fəal iştirak edirblər. Tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı naminə canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təşəbbüsün əsas məqsədi ölkəmizin ən ali və əzəmətli müsiqisinin -Üzeyir Hacıbəylinin bəstəkarı olduğu Azərbaycan Dövlət Himninin sədaları ilə Vətənimizin keşiyində duran Silahlı Qüvvələrimizə, qəhrəman əsgər və zabitlərimizə dəstək nümayiş etdirməkdir.