Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Parlaq gələcəyin carçıları

13.09.2022

Sentyabrın 13-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Uşaqlara dair Strategiya"nın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na müvafiq olaraq "Parlaq  gələcəyin carçıları" mövzusunda tədbir keçirilib.

Tədbirdə Zərifə Əliyeva adına Yardımlı şəhər 1 saylı Uşaq bağçasının balaca fidanları iştirak edib.

Əvvəlcə Mərkəzin əməkdaşları tərəfindən balacalara ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə məlumat verilib.
Sonra Mərkəzin 3D kinozalında maarifləndirici bir neçə cizgi film nümayiş olunub.
Tədbirin yekununda xatirə şəkilləri çəkilib.