Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlər ölümsüzlük rəmzidir

01.09.2022

Sentyabrın 1-də Masallı rayon Mərkəzi Kitabxnasında Vətən müharibəsi şəhidi Elmir Akifzadənin xatirəsinə həsr olubnmuş tədbir keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məruz edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki,Akifzadə Elmir Gündüz oğlu 1997-ci il sentyabrın 1-də Masallı rayonunun Banbaşı kəndində dünyaya göz açıb. 2015-2016-cı illərdə hərbi xidmətdə olan Elmir sonra Rusiya Federasiyasının Kazan şəhərinə yollanıb. Elə həmin il burada ali təhsil ocaqlarından birinə qəbul olur. 2020-ci ilin iyul ayında Tovuz səmtində döyüşlərində iştirak etmək üçün Kazan şəhərində təhsilini yarımçıq qoyub Azərbaycana qayıdır. İyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayonunda yerləşən şöbəsinə müraciət edərək, müharibə olarsa könüllü döyüşə getmək istədiyini bildirir.

Anası İlhamə Qədiməliyeva oğlunun vətənpərvərliyindən danışarkən deyir: "Sentyabrın 27-si idi. Elmir dedi ki, ana, mən döyüşə gedəcəm. Əgər şəhid olsam, məzar daşıma ən gözəl şəklimi vurarsan. Özün seçərsən, dedi. İki gün sonra, 29-u yola düşdü. Dedim heç olmaya 2 gün gec get, ona da razı olmadı".Tovuz döyüşləri zamanı komandiri və həmyerlisi olan mayor Anar Novruzovun şəhid olması Elmirin ürəyində düşmənə nifrəti daha da artırmışdı.

Sentyabrın 29-da Vətən uğrunda savaşa qatılan Elmir oktyabrın 7-də Xocavənd-Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Elmir müzəffər Ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.