Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sənət və sənatkarlar

18.08.2022

Avqustun 17-18-də  Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə xalq tətbiqi sənətin inkişafı və  Gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı “Sənət və sənətkarlar” başlığı altında  səyyar tədbir keçirilib.

Tədbirdə çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva iştirakçılara  dulusçuluq ,həsirçilik sənətinin tarixi ilə bağlı geniş məlumat verib.

Tədbir çərçivəsində iştirakçılar avqustun 17-də  Ərkivan qəsəbəsinin sakini dulusçu Cəsarət Nuriyevin emalatxanasında olublar. Sənətkar Nuriyev bölgənin qədim sənət nümünələrindən biri olan dulus qabların hazırlanma texnologiyasından və  bu işin icra prossesindən gənclərə əyani olaraq məlumat verib. Gənclər gildən hazırlanmış müxtəlif qablarla yaxından  tanış olduqdan sonra özlərini bu sənətdə sınayıblar.

Avqustun 18-də isə tədbir iştirakçıları Şatıroba kənd sakini həsirçi Fəridə Həşimovanın qonağı olublar. 

Fəridə Həşimova lığ və pizədən həsir, zənbil, papaq, tərəzi və digər əşyaların hazırlanma prosesi, eləcə də həsir toxumaq üçün istifadə olunan dəzgah haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Sonra iştirakçılar yer həsiri dəzhahı arxasında Fəridə Həşimovanın köməyi ilə həsir toxuma prossesini icra ediblər.