Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda seminar müşavirə

04.07.2018

03/04  iyul -2018 – ci il tarixdə Yardımlı rayon Mədəniyyət işçilərinin iki günlük seminar müşavirəsi keçirildi. Seminar müşavirə rayon Mərkəzləşdirilmiş kitabxana sistemində təşkil  edildi.

Seminarda Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi A.Əliyev iştirak etdi. A.əliyev mədəniyyət sahəsində aparılmış struktur dəyişikliyi barədə işçilərə ətraflı məlumat verdi. Mədəniyyət Nazirliyinin tapşırıq və göstərişləri  mədəniyyət sahəsində çalışan işçilərə çatdırıldı.

Yardımlı rayon MKS – in direktoru R.Səfərov, rayon Mədəniyyət Mərkəzinin direktoru N.Abiyev seminar müşavirədə çıxış etdilər və ilk 6 ay ərzində müəssisələrdə görülmüş işlər barədə məlumat verdilər. MKS – in metodiki biblioqrafiya şöbəsinin müdiri M.Şəbiyev və RMM – nin bədii rəhbəri V.Bağışov növbəti ay ərzində keçiriləcək tədbirlərin təşkili barədə məlumat verdilər.

Yekunda MKS - ə daxil olmuş kitablar filiallara təhvil verildi.