Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşanın tarixi-maddi mənəvi dəyərlər

12.08.2022

Avqustun 12-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Şuşa ili” nə həsr olunmuş “ Şuşanın tarixi-maddi mənəvi dəyərlər “ mövzusunda tədbir keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin üzvləri iştirak etdilər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad eilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Qarabağın tacı olan Şuşanın qədim , zəngin  tarixi, özünəməxsusluğunu  qoruyub saxlayan, böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmış şəhərimizdən və bu müqəddəs məkana getdiyi zaman gördüklərindən danışdı.

Sonra Muzeyin əməkdaşı Sevinc Əliyeva Şuşa şəhərinin tarixi abidələri və tanınmış şəxsiyyətləri ilə bağlı geniş məruzə edib.

Tədbirdə çıxış edən mədəniyyət işçisi Lətafət Əlirzayeva  Azərbaycanın Mədəniyyət Paytaxtı, dilbər güşəmiz Şuşada aparılan bərpa işlərindən və orada keçirilən dünya əhəmiyyətli mədəni tədbirlərdən danışıb.

Yekunda tədbir iştirakçıları muzeyin” Şuşa ili “ nə həsr olunmuş foto sərgisinə baxış keçiriblər.