Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənclər bu günümüz, sabahımız, uğurlu gələcəyimizdir

12.08.2022

Avqustun 12-də Masallı rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Gənclər bu günümüz, sabahımız, uğurlu gələcəyimizdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Masallı rayon Asan Xidmət Mərkəzinin bir qrup könüllüsü iştirak edib.

Tədbirdə kitabxananın əməkdaşı Gülər Piriyeva çıxış edərək bildirib ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Həmin vaxtdan etibarən hər il bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur. Azərbaycanda da bu sahəyə xüsusi diqqət yetirilir. Belə ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Günü təsis edildikdən sonra ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.

Sonra kitabxananın əməkdaşı Həbibə Hüseynova mövzu ilə bağlı geniş məruzə edib.