Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşa, sən azadsan !

11.08.2022

Avqustun 11-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar rejissor Cavidan Şərifovun “Şuşa, sən azadsan!” sənədli filmi nümayişi olunub.

Filmin nümayişi Masallı rayon Heydər Əliyev Mərkəzinin “3D Kinozal”ında baş tutub. Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinə üzv olan gənclər iştirak ediblər.

Məlumat üçün bildirək ki, Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” filmi - Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın diqqətçəkən məqamları izləyicilərə ilk dəfə məhz bu filmdə təqdim olunur. Filmdə “Şuşa əməliyyatı”nı həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman xüsusi təyinatlılarımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.