Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın şanlı zəfər qazandığı Vətən müharibəsinə gedən yolun başlanğıcı

14.07.2022

İyulun 14-də Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı rayon Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunmuş “Azərbaycanın şanlı zəfər qazandığı Vətən müharibəsinə gedən yolun başlanğıcı” mövzusunda tədbir keçirilib. Tədbirdə mədəniyyət, təhsil işçiləri və gənclər iştirak ediblər.


Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə ucalanların döyüş yolu barədə iştirakçılara ətraflı məlumat verib.
 

Tədbirdə çıxış edən Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı rayon Bədalan kənd tam orta məktəbinin müəllimi Məhbubə Şahbazova qeyd ediblər ki, Tovuz döyüşləri 44 günlük Vətən müharibəsində qələbəyə aparan yolların başlanğıcı kimi müasir hərb tariximizə düşmüşdür.

Sonra tədbir iştirakçıları rayonun Ərkivan qəsəbəsində mayor Anar Novruzovun məzarını ziyarət ediblər.