Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

14 iyul 1969-cu il-İnkişaf yolunun başlanğıcı

07.07.2022

İyulun 7-də Masallı rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il - İnkişaf yolunun başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə mədəniyyət işçiləri və gənclər iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirlib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Azərbaycan xalqının, dünya azərbaycanlılarının taleyində əhəmiyyətli rol oynayan, müasir ölkəmizin inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycanın XX əsrdəki inkişafının əsası məhz 1969-cu il iyulun 14-də qoyulub. Həmin tarixdən 53 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür.

Tədbirdə çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Şəfa Xəlilova, Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva ümummilli lider Heydər Əliyevin vətənə və xalqa həsr etdiyi mənalı ömür yolu barədə geniş məlumat veriblər.