Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ədalət Məmmədovun 65 illik yubileyi münasibətilə mərasim keçirilib.

29.06.2022

İyunun 29-da tanınmış tar ifaçısı Ədalət Məmmədovun 65 illiyi münasibətilə yubiley mərasimi keçirilib. Cəlilabad rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş mərasimdə rəsmilər, yubilyarın doğmaları, yaxınları, mədəniyyət işçiləri və digər qonaqlar iştirak edib.

Mərasimdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov səbəbkarı yubileyi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra İdarənin Cəlilabad rayonu üzrə nümayəndəsi vəzifəsini icra edən Elnur Atakişiyev, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, yazıçı Bilal Alarlı çıxış edərək, yubilyara xoş diləklərini bildiriblər.

Mərasimin sonunda Ə.Məmmədov mədəniyyət sahəsində uzunmüddətli səmərəli əmək fəaliyyəti və xidmətlərinə görə Masallı Regional Mədəniyyət İdarəsinin “Fəxri Fərman”ı ilə təltif edilib.

Qeyd edək ki, Ə.Məmmədov mədəniyyət sahəsində ötən əsrin 70-ci illərindən fəaliyyət göstərir. O, bölgədə musiqi ənənələrini yaşadan “Həməşəra” vokal-instrumental ansamblının yaradılmasının əsas təşəbbüskarlarından olub.