Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Onbirillik İncəsənət məktəbində ustad dərsləri

29.06.2022

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İyunun 29-da Masallı Onbirillik İncəsənət məktəbində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimləri tərəfindən ustad dərsləri keçirilib.

Ustad dərslərinin məqsədi Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Masallı Onbirillik İncəsənət məktəbi, Cəlilabad İncəsənət məktəbi, Yardımlı, Göytəpə musiqi məktəblərinin müəllim və şagird kollektivlərinin peşəkarlıqlarının artırılması, onlara metodiki köməkliyin göstərilməsidir.

Dərslər musiqi nəzəriyyəsi ixtisası üzrə professor, əməkdar müəllim Xatirə Həsənzadə, fortepiano ixtisası üzrə baş müəllim Nərgiz Gəngərli, xormeyster ixtisası üzrə isə Xalq artisti, professor Gülbacı İmanova tərəfindən keçirilib.

Ustad dərsləri şagird və müəllim kollketivləri tərəfindən maraqla qarşılanıb.