Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

15.06.2022

 

İyunun 15-də Masallı rayonunda 15 iyun-Milli Qurtuluş günü möhtəşəm konsert proqramı ilə qeyd olunub.

Masallı rayon İcra hakimiyyətinin və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə hazırlanan tədbir Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda keçirilib.

Tədbirdə rayon rəhbərliyi, digər rəsmilər, habelə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, qazilər, həmçinin ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov tədbiri giriş sözü ilə açaraq, nitqində ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin ölkəmizlə bağlı olan dönəminin əsas məqamlarına toxunub. Görkəmli dövlət xadiminin siyasi müdrikliyi və çevikliyini xüsusilə qeyd edən başçı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qaşısındakı ən əhəmiyyətli xidmətlərindən biri də özü qədər inandığı bir yetirməsini, onun həyat məktəbini keçmiş bir şəxsiyyəti hörmətli Prezidentimiz cənab İlham Əliyevi özündən sonra xalqına rəhbərlik üçün tövsiyə etməsidir. Bizim şahidi olduğumuz tarix bunu bir daha sübut etdi ki, Ulu Öndər öz seçimində yanılmayıb və cənab Prezidentimiz Azərbaycanı böyük uğurlara çatdırıb, 44 günlük Vətən müharibəsi isə bu uğurun zirvəsidir.

Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxslər Masallı rayon İcra hakimiyyəti başçısının “Fəxri Fərmanı” ilə təltif olunub.

Tədbirin rəsmi hissəsindən sonra söz musiqiyə verilib. Tədbirin aparıcısı Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin müəllimi, musiqişünas Nərgiz Kərimova incəsənət ustalarını səhnəyə dəvət edib.

Əməkdar artist Səidə Şirəliyeva, Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahidov, Miriş Hüseynov, Şamo İbayev, Naza Veysəlova, Humay Rzayeva, qazi Rəşad Cəublu, Halay Xalq Folklor Kollektivi, Masallı rəqs qrupunun iştiak etdiyi konsert tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Konsert bayram atəşfəşanlığı ilə yekunlaşdırılıb.