Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda gənclər hərbi xidmətə yola salındı

09.07.2018

9 iyul 2018-ci il tarixdə Masallıdakı Bayraq Meydanında hərbi çağırışçıların hərbi xidmətə yola salınma mərasimi keçirildi. Tədbirdə giriş sözü ilə hərbi komissar Fəxrəddin Mirzəliyev çıxış etdi. Çıxışçılardan Rayon veteranlar Şurasının sədri Məmmədağa Şiriyev, çağırışçı Fərid Şahverdiyev, əsgər anası Gülnaz Talıbova gənclərə uğuru yol arzuladılar. Sonda Masallı RİHB-nın müavini Nəsir Muxtarlı çağırışçılara vətən torpağını sevməyi və onu qorumağı tövsiyyə etdi. Masallı Rayon Mədəniyyət Mərkəzinin solistlərinin verdiyi konsert proqramından sonra çağırışçıları təntənəli surətdə yola saldılar