Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın Milli Qurtuluş günü

14.06.2022

İyunun 14-də Masallı rayon Mərkəzi Kitabxanasında 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş "Azərbaycanın Milli Qurtuluş Günü" mövzusunda tədbir keçirilib.

Tədbiri açıq elan edən kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan Milli Qurtuluş günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.

Sonra kitabxananın əməkdaşı Rasif Dadaşov mövzu ilə bağlı geniş məruzə edib.

Tədbirdə çıxış edən kitabxananın əməkdaşları Arif İbrahimov , Aida Quliyeva qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsidir ki, Azərbaycan sürətlə inkişaf edən, müasirləşən dünyada lider ölkələrdən birinə çevrilib, işğal altında olan torpaqlar düşməndən azad olunub.