Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

15 İyun-Milli Qurtuluş gününə həsr olunmuş inşa-yazı müsabiqəsi

07.06.2022

İyunun 7-də Masallı Gənclər Evi sosial xidmət müəssisəsində Masallı rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının, Masallı rayon Heydər Əliyev Mərkəzinin, Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin, Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş gününə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib.

Müsabiqədə Masallı rayon ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müsabiqənin yekun nəticəsinə əsasən C. Qasımov adına Banbaşı kənd tam orta məktəbinin IX sinif şagirdi Tağıyeva Nargilə Elnur qızı I yerə, Z. Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta məktəbinin X sinif şagirdi Abdullayeva Fidan Vüsal qızı II yerə, Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin IX sinif şagirdi Şirəliyeva Aygül Şıxəli qızı III yerə layiq görülüblər.

İnşa-yazı müsabiqəsində fərqləndiyinə görə Bala Kolatan kənd tam orta məktəbinin şagirdi Məmmədova Sevinc Təbriz qızı diplomla təltif edilib.