Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı

06.06.2022

İyunun 6-da Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanasında “Nağıl saatı” adlı tədbir keçirilib.

Mərkəzi Kitabxana Sistemi tərəfindən təşkil olunan tədbirdə Kitabxananın Uşaq şöbəsinin müdiri Eldəniz Heydərov kiçik yaşlı oxuculara kitabxanada yaradılmış nağıl otağı və fondda olan nağıllar haqqında məlumat verib.

Sonra oxucular “Gülzar nənənin nağılları”, ”Təmraz və Gün”, ”Tülkü balası” və s. nağılları oxuyublar. Oxunan nağıllar uşaqların böyük marağına səbəb olub.

Yekunda xatirə şəkilləri çəkilib.