Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər babanın nəvələriyik

01.06.2022

İyunun 1-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Heydər babanın nəvələriyik” mövzusunda tədbir keçirilib.

Tədbirdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illlər üçün Fəaliyyət Planı” na uyğun olaraq mədəniyyət müəssiələrinin əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin şagirdləri, xüsusi qayğıya ehtiyacı olan və rayonda yaşayan 100-ə yaxın uşaq, həmçinin valideynlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva əlamətdar gün münasibətilə uşaqları təbrik edərək bildirib ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. D. İbayeva çıxışında son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsini, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaq problemlərinə böyük diqqətlə yanaşdıqlarını vurğulayıb.

Sonra rəqs müəllimi Gündüz Babayevin rəhbərliyi ilə açıq havada rəqsin müxtəlif növləri üzrə ustad dərsləri dərsləri keçirilib. Tədbirdə uşaqların əyləncəsinə rəng qatmaq üçün Masallı rayon Heydər Əliyev Mərkəzinin rəsm dərnəyinin müəllimi Lalə Nəzərova uşaqlara Face Art üslubunda ecazkar obrazlar yaradıb.

Yekunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal edilmiş, uşaqların məktəb həyatından, yeniyetmə və şagirdlərin qarşılıqlı münasibətlərindən, dostluğa, həmçinin həyata baxışlarından bəhs edən “Dərs” filmi nümayiş edilib.