Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sağlam Azərbaycan-Uşaqların 2-ci tematik rəsm sərgisi

02.06.2022

İyunun 1-də Masallı Bioloji Təbabət Klinikası və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Sağlam Azərbaycan-Uşaqların 2-ci tematik rəsm sərgisi” adlı tədbir keçirilib.

Tədbirdə Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı Bioloji Təbabət Klinikasının direktoru Qüdrət Yaqubov, klinikanın əmakdaşları, Masallı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) nümayəndələri, o cümlədən valideynlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Masallı Bioloji Təbabət Klinikasının Strateji İnkişaf Departamentinin direktoru Ziya Fərahimli bu əlamətdar gün münasibəti ilə uşaqları təbrik edib və sayca ikinci dəfə qeyd edilən sərginin mahiyyətindən danışıb.

Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Bioloji Təbabət Klinikasının baş həkimi Əminə Bağırova çıxışlarında uşaqları təbrik edərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Natiqlər həmçinin qeyd ediblər ki, Uşaqlar bizim gələcəyimizdir. Biz gələcəyimizin sağlam böyüməsi üçün əlimizdən gələni əsirgəməməliyik.

Sonra tədbir iştirakçıları Masallı Dövlət Rəsm Qalereyası, Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin Rəsm şöbəsi, Dəmirçi kənd yaradıcılıq klubunun rəssamlıq dərnəyi uşaqlarının əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbir uşaqların ifasında əyləncəli konsert proqramı ilə davam edib. Yekunda balaca rəssamlara təşkilatçılar tərəfindən “Təşəkkürnamə”lər təqdim edilib.