Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşa-270

01.06.2022

İyunun 1-də Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Yardımlı rayon N.Cəbiyev adına Çayüzü kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə "Şuşa ili"nə həsr olunmuş “Şuşa-270” mövzusunda tədbir keçirilib.

Tədbirdə muzey əməkdaşları, məktəblilər və Vətən müharibəsi qəhrəmanları iştirak ediblər. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əli İskəndərov Şuşanın tarixi barədə geniş məruzə edib. Sonra Vətən müharibəsi iştirakçıları Rəşid Kərimov və Rövşən Süleymanov keçdikləri döyüş yolundan bəhs ediblər. Muzeyin əməkdaşları Anar Baloğlanlı, Əlisəfa Əhmədoğlu və İlqar Həsənov da mövzu ətrafında çıxışlar ediblər.

Yekunda xatirə şəkilləri çəkilib.