Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq hüquqları

31.05.2022

Mayın 31-də Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında M.F.Axundov adına 1 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaq hüquqları” mövzusunda dəyirmi masa keçirilib.

MKS-in Uşaq şöbəsinin müdiri Eldəniz Heydərov və Xidmət şöbəsinin müdiri Vasif Abdulov çıxış edərək bu əlamətdar gün barədə məlumat verib və ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıblar.

Sonra tədbir iştirakçıları “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür” başlıqlı kitab sərgisinə və rəsm sərgisinə baxış keçiriblər.