Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabahın ümidləri

01.06.2022

İyunun 1-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Sabahın ümidləri" adlı tədbir keçirilib.

Tədbirdə Zərifə Əliyeva adına Yardımlı rayon 1 saylı uşaq bağçasının balaca fidanları iştirak edib.

Uşaqlar bu əlamətdar gün münasibətilə Mərkəzin əməkdaşları tərəfindən təbrik edilib və onlara hədiyyələr təqdim olunub.

Sonra balaca fidanlara Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə məlumatlar verilib.

 Yekunda xatirə şəkilləri çəkilib.