Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqlar gələcəyimizdir

01.06.2022

Mayın 30-dan başlayaraq 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Uşaqlar gələcəyimizdir” devizi altında Masallı Tarix -Diyarşünaslıq Muzeyinə ekskursiyalar təşkil edilib.

Ekskursiyalarda Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı, İntiqam Əsgərli adına 3 saylı, Ərkivan qəsəbə 3 saylı, Elşad Əhədov adına Təzə Alvadı kənd 1 saylı və Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəblərinin şagirdləri iştirak edib.

Muzeyin əməkdaşları tərəfindən şagirdlərə bölgəmizin tarixi, qəhrəmanları və mədəni dəyərlərimizlə bağlı maarifləndirici məlumatlar verilib.