Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Haqqın 44 günü” tamaşası

31.05.2022

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar nəzərdə tutulmuş “Tədbirlər Planı”na əsasən  mayın 31-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Masallı Regional Mədəniyyət İdarəsi ilə Lənkəran Regional Mədəniyyət İdarəsinin qarşılıqlı əməkdaşlığı çərçivəsində Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında “Haqqın 44 günü” adlı tamaşası təqdim edilib.

Tamaşanın auditoriyasını Masallı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə kollektivi təşkil edib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təqdim edilən tamaşanın hər bir səhnəsi alqışlarla qarşılanıb.  

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək möhtəşəm ifaları ilə bağlı Lənkəran Dövlət Dram Teatrının rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib. Həmçinin teatrın direktoru Tofiq Heydərov qonaqpərvəliyə və təşkilatçılığa görə Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə, Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin kollektivinə təşəkkürünü bildirib.

Yekunda xatirə şəkilləri çəkilib.