Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Seminar-müşavirə

27.05.2022

Mayın 27-də Cəlilabad Rayon Mərkəzi Kitabxana Sitemində rayon işçilərinin növbəti seminar-müşavirəsi keçirilib. Seminar-müşavirədə kitabxana filial müəssisələrində keçirilmiş tədbirlər və qarşıda duran məsələlər müzakirə olunub.

Seminar-müşavirəni Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev giriş sözü ilə açaraq kitabxana işçilərinin daxili intizam qaydaları, kitabxana filial müəssisələrinin fəaliyyəti, həmçinin ay ərzində keçirilmiş tədbirlərin vəziyyəti ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.

Sonra Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsini müvəqqəti icra edən Qənimət İsrafilova çıxış edərək iyun ayında keçirilməsi nəzrədə tutulan tədbirlər barədə məlumatlar verib.

Yekunda bir neçə kitabxana müdirlərinin ay ərzində gördüyü işlər barədə məlumatları dinlənilib.