Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçilərinin seminar-müşavirəsi

26.05.2022

Mayın 26-da Yardımlı rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin növbəti seminar-müşavirəsi keçirilib. Seminar-müşavirədə mədəniyyət müəssisələrində keçirilmiş tədbirlər və qarşıda duran məsələlər müzakirə olunub. 

Seminar-müşavirəni Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev giriş sözü ilə açaraq mədəniyyət işçilərinin daxili intizam qaydaları, klub, mədəniyyət mərkəzlərində fəaliyyət göstərən dərnəklərin, habelə ay ərzində keçirilmiş tədbirlərin vəziyyəti ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.

Sonra Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rahim Səfərov çıxış edərək kitabxanalarda keçirilmiş, həmçinin iyun ayında keçirilməsi nəzrədə tutulan tədbirlər barədə məlumatlar verib.

Yekunda bir neçə kitabxana və klub müdirlərinin ay ərzində gördüyü işlər barədə məlumatları dinlənilib.