Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

28 may Müstəqillik Günü-Azərbaycan tarixinin şanlı səhifəsidir

27.05.2022

Mayın 27-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində 28 may-Müstəqillik Gününə həsr olunmuş "28 may Müstəqillik Günü-Azərbaycan tarixinin şanlı səhifəsidir" mövzusunda tədbir keçirilib.

Tədbirdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak edib.

Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndə əvəzi Elnur Atakişiyev, Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Cəlilabad üzrə sədri Cəbrayıl Gözəlov  çıxış edərək Azərbaycanın müstəqillik tarixi, müstəqilliyimizin yenidən bərpası, o cümlədən qorunub saxlanılması barədə geniş məlumatlar veriblər.