Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

28 May - Müstəqillik Günü

27.05.2022

Mayın 27-də Cəlilabad rayon Şabanlı kənd Mədəniyyət Evində 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şabanlı kənd Mədəniyyət Evinin kollektivi, Şabanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Adil Turabov, Salman Abbasov adına kənd tam orta məktəbin direktoru, tarix müəllimi Sücayət Mehdiyev və şagirdləri iştirak ediblər.

Çıxışlarda iştirakçılara mövzu ilə əlaqədar geniş məlumat verilərək qeyd edilib ki, müstəqilliyimizin bərpası və qorunmasında  Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub.