Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa ili”nə həsr olunmuş konsert

27.05.2022

Masallı Regional Mədəniyyət İdarəsinin "Tədbirlər Planı"na əsasən "Şuşa ili"nə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi davam etdirilir. 

    Bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsi ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin qarşılıqlı əməkdaşlığı çərçivəsində mayın 27-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində "Şuşa ili"nə həsr olunmuş konsert keçirilib.

Yekunda Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov qarşılıqlı əməkdaşlığa və çıxışlarına görə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəhbərliyinə, həmçinin kollektivə minnətdarlığını bildirib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli də çıxış edərək təşkilatçılığa və qonaqpərvərliyə görə Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə, o cümlədən Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin kollektivinə təşəkkür edib. Sonra xatirə şəkilləri çəkilib.